среда, 11 марта 2015 г.

Gördüyümüz işlər


Bizə müəllim yağış yağanda göy qorşağının çıxmasını müşahidə etmək tapşirdı.Şagirdlər fotoaparat gotürüb şəhərkənarına gəzintiyə getdik.Ekskursiyalar təşkil etdik. Göy qurşağını müşahidə etdik.Günəşin çıxmasını,onun ətrafa yaydığı şəfəqlərə və o şəfəqlərdə görünən rənglərə uşaqlarla çox maraqla tamaşa etdik.Daha sonra fizika laboratoriyasında təcrübə apardıq.Spektrın neçə alınmasını təcrübədən keçirdik.Biz bir ayna qırığı götürüb onun qırıq tərəfinə ağ işıq yönəltdik,və rəngli şüalar əmələ gəldi.7 ədəd şua və 7 müxtəlif rəng.Göy qurşağındada biz eyni rənglər müşahidə etmişdik.Maraqlısıda odur ki,bu rənglərin ardıcıllığı pozulmur:qırmızı,narincı,sarı,yaşıl,mavi,göy,bənövşəyi.
Daha sonra dərsdən sonra yığılıb Həsənin atasının emalatxanasına getdik.Həsənin atası rəssamdır.Bizə vatman vərəqi verdi və sulu boyalar,quaş.Uşaqlar fırçaları götürub rəngləri qarışdırdılar.İki müxtəlif rəngdən üçüncü rəng aldıq.Məsələn:sarı ilə qırmızını qatanda narıncı rəng alınır.


Комментариев нет:

Отправить комментарий