среда, 11 марта 2015 г.

İşimizin dəyərləndirilməsi

Araşdırmalarımızı bəyəndinizmi?                                                                                                              Siz hansı təklifləri irəli sürərdiz?
Araşdırmalarımızda nəyi dəyişmək istərdiz?





İşimizin nəticəsi

Araşdırmalardan belə nəticəyə gəldik ki,rənglər həyatı cox maraqlı edir.Əgər aləm ağ-qara olsaydı yaşamaq maraqsız olardı.Rənglər insanın əhval-ruhiyyəsini dəyişdirir,ona yaşamaqa stimul verir.Təbiyətin rəngləri müxtəlifdir.Biz belə nəticəyə gəldik ki "Torpaqda olan mineralları qoruyaq"mövzusunda forum keçirilsin ki təbiət öz rəngarəngliyini itirməsin.
Məktəblərdə ekskursiyalar təşkil edilsin ki,şagirdlərdə təbiətin əlaqəsi dahada sıx olsun və onlar təbiətin rəngarəngliyini duysun və qorusun.

Gördüyümüz işlər


Bizə müəllim yağış yağanda göy qorşağının çıxmasını müşahidə etmək tapşirdı.Şagirdlər fotoaparat gotürüb şəhərkənarına gəzintiyə getdik.Ekskursiyalar təşkil etdik. Göy qurşağını müşahidə etdik.Günəşin çıxmasını,onun ətrafa yaydığı şəfəqlərə və o şəfəqlərdə görünən rənglərə uşaqlarla çox maraqla tamaşa etdik.Daha sonra fizika laboratoriyasında təcrübə apardıq.Spektrın neçə alınmasını təcrübədən keçirdik.Biz bir ayna qırığı götürüb onun qırıq tərəfinə ağ işıq yönəltdik,və rəngli şüalar əmələ gəldi.7 ədəd şua və 7 müxtəlif rəng.Göy qurşağındada biz eyni rənglər müşahidə etmişdik.Maraqlısıda odur ki,bu rənglərin ardıcıllığı pozulmur:qırmızı,narincı,sarı,yaşıl,mavi,göy,bənövşəyi.
Daha sonra dərsdən sonra yığılıb Həsənin atasının emalatxanasına getdik.Həsənin atası rəssamdır.Bizə vatman vərəqi verdi və sulu boyalar,quaş.Uşaqlar fırçaları götürub rəngləri qarışdırdılar.İki müxtəlif rəngdən üçüncü rəng aldıq.Məsələn:sarı ilə qırmızını qatanda narıncı rəng alınır.